HƏMAS lideri İsmayıl Haniyənin qətlinin ardından təşkilatın hərbi qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarından sözügedən hadisə ilə bağlı sərt açıqlama gəlib.
“AzPolitika” xəbər verir ki, Əl- Qəssam Briqadalarının “Telegram” hesabından edilən paylaşımda bu ifadələr yer alıb:
“İran paytaxtının mərkəzində Haniyənin qətlə yetirilməsinin müharibəni eni mərhələyə aparacaq, bütün bölgəyə böyük təsirləri olacaq mühüm və təhlükəli bir hadisədir. Bu qəddar düşməni cilovlamaq, xaosa səbəb olan əlini kəsmək və təcavüzün qarşısını almaq vaxtıdır. Bütün ölkələr və xalqlar üçün həyəcan təbili çalır. Bölgədə düşmənin müxtəlif sahələrdə davam edən cinayətlərinə qarşı hər kəs Fələstin müqavimətini dəstəkləmək üçün səfərbər olmalıdır. Çünki Fələstin bütün ümmətin müdafiə xəttidir”.
“AzPolitika.info”


Şərhlər
7 oktyabrdan bu yana 40 mindən çox fələstinli qırıldı,düşmənin əlini kəsməyin vaxtı çatmadı,Haniyə öldürülən kimi vaxtı çatdı?Bu nə iranvari naftalin iyi verən şüar cümlələridi?40 ildir İran belə cümlələrlə mazgimizi xarab eliyib,bu yandan da siz başlamayın.P yeyə bilmirsinizsə qaşığı bulaşdırmayın Xameneyi kimi.