“Andiçmə mərasimində belə alçaq hərəkət olmamalı idi. Bu hadisəni kimlərin törətdiyini bilmək asandır. Çünki həmin raket çox müasir raketdir. Kənardan atılıb və bilavasitə İsmayıl Haniyənin iqamətgahı hədəf seçilib”.
Bunu Bakupost.az -a açıqlamasında politoloq Qabil Hüseynli HƏMAS lideri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi haqda danışarkən deyib.
O, bu hadisənin vəziyyəti çox gərginləşdirəcəyini bildirib: “İsrail deyilən cırtdan dövlət müsəlman dünyasının xristian dünyası və Amerikayla münasibətlərini çox gərginləşdirdi. Zənnimcə, bundan sonra atılan addımları dayandırmaq mümkün olmayacaq”.
Q.Hüseynli deyib ki, ona ən çox təsir edən İran prezidenti Məsud Pezeşkianın İsmayıl Haniyə haqda dediyi sözləri olub. O, bu fikirləri söyləyərkən qəhərlənib: “Pezeşkian dedi ki, “Mən onun nəşini çiynimdə dəfn olunacağı yerə qədər aparacam”. Bu sözdən sonra müsəlman dünyası oyanıb ümumi birliyə gəlməsə, elə edilən hərəkətlərə layiqdir. Yanıb tökülürəm”.
Video bu linkdə: www.facebook.com/watch/?v=491636063577205


Şərhlər
Bu da lap tərifləyir ha.. Qocalıb, ağlı günü gündən qaçır.
Bəlkə bütün gəbərən terorçular üçün də göz yaşı tökəsən ? Belə zibillər qanla qidalanırlar ,pul qurtaran kimi bir- iki raket atıb günahsız insanları öldürürlər .Həmas terrordur ,soxuşdurmayın ortaya müsəlmanşılığı ,bizim 35- illik mübarizəmizdə Türkiyə ,Pakistandan başqa hansı müsəlman ölkəsi dayaq olmuşdu ? Bizə qarşı güclü erməni təbliğatı ,fars təbliğatı ,Ərəb ,rus təbliğatı tüğyan edəndə xristiyan İsrail dünyada öz gücü ilə bizə kömək edirdi .Qabil ,bəlkə sabah Köçəryanıda öldürsələr onun üçündə göz yaşı tökəcəksən ? Bu terror deyil ,bu günahsız insanların ölümünə cavabdır ,AzPolitika şərhi versəniz minnətdar olaram
44 günlük müharibədə İzrail bizimlə oldu
Hörmətli Qabil müəllimin bir fikriylə qəti razı deyiləm.Deyir ki,cırtdan İsrail müsliman dünyasıyla xristian dünyasının,Amerikanın münasibətlərini gərginləşdirdi.Tamamən yanlış yanaşmadır.Münasibətləri gərginləşdirən Amerikadır.Ekiz qüllələri amerikanlar özləri partladıb bunun günahını müsliman dünyasının üstünə yıxaraq İraqa,Əfqanıstana hücuma “əsas” gətirməklə başladı bu iş.Keçən əsri bir tərəfə qoyaq,bu əsrdə 2001-ci il 11 sentyabrında başladı ABŞ ümmətlərarası müharibəyə,oğul Buş çaşıb açıqca dedi ki müsliman dünyasına səlib hücumuna keçəcək.Sonra onun dediyini düzəltdilər,rəndələdilər,çünki əsl niyyəti bildirməklə müsliman dünyasını div yuxusundan oyatmaq olmaz,qoy hər bir müsliman ölkəsi sevinsin ki məndən ötdü,qardaşıma dəydi.Amma dediyini demişdi artıq,hesabını alan aldı.Sonra Tunisdə,Misirdə,Liviyada,Suriyada nələr-nələr törətdilər,Türkiyəni dəfələrlə qarışdırmaq istədilər.Bunları ABŞ etdi,İsrail yox.Sonra görüncə ki,ABŞ belə gedərsə bütün islam dünyasının nifrətini qazanacaq,ilanı seyidəhməd əliylə tutmaq planını seçdilər:yəni səlib hücumu niyyəti gizli qalmalıdırsa,xristian olmayan bir dövləti islam ümməti üstünə salmaq daha məqsədəuyğundur.Əgər İsrail fələstinliləri qırırsa kim deyər ki bu,xristianların islam üzərinə xaçlı yürüşüdür?Fələstinin yanısıra Livana da,Suriyaya da,İraqa da,Misirə də və s islam ölkələrinə hücum edərsə qınayan İsraili qınayacaq,ABŞ və Avropa isə Cəhrə arvad kimi işin içindən tər-təmiz çıxacaq.Odur ki qəti bilmək lazımdır:islam ümmətiylə münasibəti gərginləşdirən,bu ümməti məhv etməyə çalışan ABŞ və onun Avropa şaykasıdır.İsrail sadəcə onların vuran əlidir,onların tutduğu killerdir.Ona görə Netanyahuya Konqressdə meymun kimi hoppana-hoppana əl çalırdılar.Netanyahu da çıxışında açıqca demədimi “Biz sizin xoşbəxtliyiniz üçün savaşırıq.Bizim qələbəmiz sizin qələbənizdir,sizin qələbəniz bizim”.Yəni mənə olmazın silahlar verib göndərirsinizsə islam üzərinə hücuma,o zaman məni nə deyib də kütləvi qırğınlarda günahlandıra bilərsiniz?Daha da ürəkdən əl çalmalısınız mənə.Yox əgər qınayacaqsınızsa elə isə gedin özünüz vuruşun islam aləmiylə.Odur ki quldur dövləti olan ABŞ-ı hər birmiz yaxşı tanımalıyıq;killerin günahı böyükdür təbii ki,amma o killerə pul verib birisini öldürməyə göndərən sifarişçinin günahı ondan qat-qat böyükdür.ABŞ üçün hansı ölkənin killer rolunda olacağının əhəmiyyəti yoxdur,sabah İranı da təpədən dırnağa silahlandırıb islam üzərinə sala bilər.Cənubi Qafqazda da ermənistanı yaman yedəkləyib,haylardan ikinci İsrail yaratmaq fikrindədir.Qətiyyən ABŞ-ın Qafqaza sülh gətirəcəyi nağıllarına inanmamalıyıq;peşman olarıq demək heç nədir,məhv olarıq sonunda yerli-dibli.Mən hələ də başa düşmürəm ki,biz niyə Şimali Koreya ilə strateji müttəfiqliyə can atmırıq?O ölkə ABŞ üçün,Avropa üçün pisdir,amma bəyəm biz həmin o ABŞ üçün,Fransa üçün yaxşıyıqmı?Madam ki Şimali Koreya onlara düşməndi,biz də deməliyik ki düşmənimin düşməni dostumdur mənim.Hansı ölkəylə müttəfiq olmaq bizim bir suveren ölkə kimi müstəsna haqqımızdır.ABŞ da,Avropa da Şimali Koreyadan oddan qorxan kimi qorxurlar,çünki Çin nə ki əcaib silahlara sahibdirsə hamısından verib ona,təpədən dırnağa da silahlandırıb onu,üstəlik “ala qarğada alacağım olsun,alammasam öləcəyim olsun” deyən çılğın bir ölkədir.