HƏMAS-ın hərbi qanadının rəhbəri Məhəmməd Deif öldürülüb.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İDF) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, İsrail ordusunun keçirdiyi əməliyyat zamanı Xan Yunis bölgəsində bir sıra hədəflər vurulub.
Dəqiqləşdirilmiş kəşfiyyat məlumatlarına əsasən HƏMAS rəhbəri ilə yanaşı, Rafa Salame və hərəkatın digər yüksək rütbəli üzvləri sözügedən əməliyyat nəticəsində öldürülüblər.
Keçirilən əməliyyatla bağlı "İDF"-nin paylaşdığı görüntüləri təqdim edirik:


Şərhlər