Menu

Hizbullah İsrail bazalarına hücum edib

02.08.2024, 16:34
Hizbullah İsrail bazalarına hücum edib

Hizbullah Livanın cənubundan İsrail sərhədindəki iki hərbi bazaya müxtəlif silahlarla hücumlar təşkil edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Hizbullahın rəsmi “Telegram” məlumat paylaşılıb.

Məlumatda Kfar Şubaa təpələrində yerləşən “Es-Sumaka” və “Ed-Duhayra” hərbi bazalarının idarə olunan raketlər və artilleriya qurğuları ilə hücumlar təşkil olunduğu bildirilib.

Həmçinin Livanın cənubunda hava məkanını pozan İsrail döyüş təyyarələrinə hava hücumundan müdafiə bölməsinin cavab verdiyi və təyyarələrin hava məkanını tərk etməli olduğu da bildirilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol