Türkiyədə uzun illərdir ölkənin varlı və tanınmış ailələrindən olan Koç ailəsi ciddi maliyyə itkisi ilə üzləşib.
“AzPolitika” xəbər verir ki, Türkiyə mətbuatının yazdığına görə, qardaş ölkənin ən zəngin ailəsi olan Koç ailəsi bir həftə ərzində 11 milyard türk lirəsi(təxminən 300 milyon ABŞ dolları) itirib.
Qeyd olunur ki, bu ailənin üzvləri Türkiyənin ən varlı adamları arasında yer almaqla yanaşı, ölkənin ən böyük şirkətlər qrupuna sahibdirlər. Koç holdinqində təxminən 123 min işçi çalışır və onun investisiya portfeli milyardlarla dollarla ölçülür.
Türkiyənin ən zəngin beş adamından üçünün məhz Koç ailəsinə aid olduğu məlumdur. Bununla belə, “Forbes” jurnalının milyarderlərin yenilənmiş siyahısı dəyişikliklərə məruz qalıb.

Koç ailəsinin ən məşhur üzvlərindən olan İpək Kıraç ötən həftə 116 milyon dollar itirərək sərvətini 3,4 milyard dollara endirib. Buna baxmayaraq, Kıraç milyarderlər siyahısında ikinci yeri tutaraq Türkiyənin ən zəngin qadını adını qoruyub.
Kıraçın bibisi Səmahat Sevim Arsel də ciddi itkilərlə üzləşib. Arselin aktivləri və investisiyaları həftə ərzində 111 milyon dollar azalaraq 3,3 milyard dollara düşüb.
“AzPolitika.info”

Şərhlər