1 sentyabr tarixində keçirilməsi planlaşdırılan növbədənkənar parlament seçkilərinidə iştirakı təsdiqlənmiş namizədlərin siyahısı açıqlanıb.
“AzPolitika” xəbər verir ki, Mərkəzi Seçi Komissiyasının rəsmi saytında dərc olunan bu siyahıda sürpriz adlara rast gəlinməsə də, bir sıra maraqlı nüanslarla qarşılaşmaq mümkündür.
Maraq doğuran məsələlərdən biri də odur ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) Bakıda yerləşən seçki dairələrinin əksəriyyətində prinsipial namizəd irəli sürməyib. Odur ki, təhlillər YAP-ın namizədlərinin paytaxtdakı 30 seçki dairəsindən cəmi 11-də mandat ala biləcəyini ehtimal etməyə əsas verir.
Həmin dairələr bunlardır - 9 saylı Binəqədi ikinci seçki dairəsi, 11 saylı Binəqədi seçki dairəsi, 12 saylı Xəzər birinci seçki dairəsi, 19 saylı Nərimanov birinci seçki dairəsi, 20 saylı Nərimanov ikinci seçki dairəsi, 21 saylı Nəsimi-Binəqədi seçki dairəsi, 25 saylı Nizami ikinci seçki dairəsi, 30 saylı Suraxanı seçki dairəsi, 32 saylı Suraxanı seçki dairəsi, 34 saylı Xətai ikinci seçki dairəsi və 35 saylı Xətai üçüncü seçki dairəsi.
Paytaxtdakı digər 19 seçki dairəsində müxtəlif partiyaların təmsilçilərinin və bitərəf namizədlərin şansları daha yüksək qiymətləndirilir. Belə görünür ki, hakim partiya prinsipial namizədlərinin regionlardan mandat almasına üstünlük verib.
“AzPolitika.info”


Şərhlər