Bu gün Gəncə şəhəri, Əhməd Cəmil küçəsində təşkil olunan yas mərasimində kütləvi zəhərəlnmə baş verib.
Şəhərdəki mənbələrdən "AzPolitika"-ya verilən məlumata görə, 100-dən çox şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanalara çatdırılıb.
Mənbə bildirib ki, Abbas Səhhət adına xəstəxananın, 3 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının toksikologiya şöbələrində yer olmadğından zəhərlənənlər ətraf rayonların tibb müəssisələrinə də yerləşdirilib. Onların bir çoxunun vəziyyərinin ağır olduğu xəbər verilir.
İlkin ehtimala görə mərasim iştirakçıları verilən qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Rasim
"AzPolitika.info"


Şərhlər
Yemek vermeseler , zeherlenmez hec kim) cay yanindada nese versinner