Avqustun 1-dən 7-dək Laçında keçirilən Diaspor Gənclərinin V Yay Düşərgəsi Ermənistan hakimiyyətinin ciddi narahat edib.
“AzPolitika” xəbər verir ki, aparıcı erməni media orqanlarının dünyanın 60 ölkəsindən 115 gəncin iştirak etdiyi, dispor tarixinin ən möhtəşəm layihələrindən biri olan Yay Düşərgəsini hədəf alan məqalələr dərc etməsi bunu təsdiq edir.
Xatırladaq ki, Diaspor Gənclərinin V Yay Düşərgəsində həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların gənc nümayəndələri yer alıb.
Bir həftə ərzində gənclər tarixçi alimlərlə görüşüb, onların dövlətimizin, tarixi torpaqlarımızın zəngin tarixi, mədəni irsi barədə mühazirələrini dinləyiblər. Habelə, Qərbi Azərbaycanın tarixi, mədəniyyət abidələri ilə bağlı sənədli filmləri izləyib, 1988-ci ildə işğalçı Ermənistanın apardığı etnik təmizləmə siyasəti barədə məlumatlar alıb, asudə vaxtlarını müxtəlif idman, intelektual yarışlarına həsr ediblər.
Onu da qeyd edək ki Diaspor Gənclərinin V Yay Düşərgəsində əsas görüşlərdən biri Qərbi Azərbaycana həsr olunub.
Görüşdə Qərbi Azərbaycan İcmasının Aparatının rəhbəri Qalib Qasımov, İcmanın əməkdaşları Sənan Əhməd və Anar İrzaquliyev, tarix elmləri doktoru, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə elmləri doktoru, dosent Əfşan Şəfiyeva iştirak edib. Görüş Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın moderatorluğu ilə keçirilib.
Aparcı erməni media orqanlarından “arovat.am”, “armenpress.am” saytılarında, onlara istinad edən digər media qurumlarında və teleqram kanallarında dərc olunan məqalələrdə Diaspor Gənclərinin V Yay Düşərgəsini hədəf alınaraq tədbirin təşkilatçılarına, oradakı çıxışlara diqqət çəkilib, guya erməni mədəni irsinə qarşı təbliğat aparaılması barədə iddialara yer verilib.
“Beləliklə, bu cür tədbirlərin təşkili və gənclərin onlara cəlb edilməsi onu göstərir ki, Azərbaycan dövləti anti-erməni siyasətində nəsil dəyişməsini təmin etmək vəzifəsini qarşısına qoyub”, -“armenspress.am” saytında yer alan yazıda qeyd olunub.
Beləliklə, Ermənistan hakimiyyətinin Diaspor Gənclərinin V Yay Düşərgəsinə qarşı anti-təbliğat kampaniyasına start verməsi Disapor Komitəsinin həyata keçirdiyi layihənin aktuallalığını və qarşıya qoyduğu hədəflərə çatdığını göstərir.
Rasim
“AzPolitika.info”


Şərhlər