Menu

“HƏMAS” silahlıları israilli girovu öldürüb

13.08.2024, 09:09
“HƏMAS” silahlıları israilli girovu öldürüb

“Bir-biri ilə əlaqəsi olmayan iki insidentdə israilli girovlardan biri öldürülüb, ikisi isə yaralanıb”.

“Report”un məlumatına görə, bu barədə Fələstinin HƏMAS hərəkatının İzzəddin əl-Qəssam briqadası kimi tanınan hərbi qanadının sözçüsü Əbu Ubeydə bildirib.

Belə ki, girovların mühafizəsinə cavabdeh olan iki silahlı İsrail vətəndaşlarından birini öldürüb, daha ikisini ağır yaralayıb.

“Onların həyatını xilas etmək üçün tədbirlər görülür, vəziyyəti aydınlaşdırmaq üçün komissiya yaradılıb, nəticələr daha sonra açıqlanacaq”, - məlumatda deyilir.

“HƏMAS”ın bəyanatını şərh edən İsrail Ordusu qeyd edib ki, onların bu xəbərləri təsdiq və ya təkzib edəcək məlumatı yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol