Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançıları mükafatlandırıb.
Dövlət başçısının Sərəncamına görə, Olimpiadada birinci yeri tutan idmançılar 400 min manat, ikinci yeri tutan idmançılar 200 min manat, üçüncü yeri tutan idmançılar isə 100 min manat mükafat alacaq.
Qeyd edək ki, İlham Əliyev Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidenti kimi də “Fransanın Paris şəhərində keçirilən XXXIII Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb.
Həmin sərəncama əsasən, qızıl medalçılar 200 min, gümüş medalçılar 100 min, bürünc medalçılar isə 50 min manat əldə edəcək.
Olimpiadada medal qazanan idmançılarımızı ümumilikdə əldə etdikləri mükafatın məbləğini təqdim edir:
Cüdoçu Hidayət Heydərov – 400 min manat + 200 min manat (ümumi 600 min manat)
.jpg)
Cüdoçu Zelim Kotsoyev - 400 min manat + 200 min manat (ümumi 600 min manat)
Taekvondoçu Qaşım Maqomedov – 200 min manat + 100 min manat (ümumi 300 min manat)
Boksçu Alfonso Domingez - 200 min manat + 100 min manat (ümumi 300 min manat)
Güləşçi Həsrət Cəfərov – 100 min manat + 50 min manat (ümumi 150 min manat)
.jpg)
Güləşçi Maqomedxan Maqomedov - 100 min manat + 50 min manat (ümumi 150 min manat)
Güləşçi Giorgi Meşvildişvili - 100 min manat + 50 min manat (ümumi 150 min manat)
.jpg)

Şərhlər
xAROCDƏN KOMANAYA PUL HESABINA CƏLB OLUNAN İDMANÇILAT AXI BİZİMKİLƏR DEYİL!oNLAR MEAL VƏ MÜKAFATLARINI ALIB ÖZ ÖLKLƏRİNƏ QAYIACAQLAR. BƏS AZƏRBAYCANA NƏ QALACAQ?SAXTA AD? BUNUN ÖLKƏY NƏ DƏXLİ VA.R
Bu nə qazısıryuxarısı ilə aşağısı uyğun gəlmir.ilk sətirlərdə mükafat 400 min200 min.100 min.AŞAĞBIDA İSƏ UNUN YARISI?
İdmançılar ölkəmizi tanıdırlar, onu başa düşmək çətin deyil. Bəs şəhidlərimiz, qazilərimiz, ömrünü xüsusi təyinatlıya həsr etmiş müxtəlif gizli əməliyyatlarda iştirak etmiş canavarlarımız da o qədər mükafat ala biliblərmi ?