Menu

Azərbaycanın dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb

14.08.2024, 12:46
Azərbaycanın dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 22 milyard 584,9 milyon manat, xərcləri isə 19 milyard 458,4 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 20,3 % və 10,4 % çoxdur.

Son nəticədə 7 ayda büdcədə 3 milyard 126,5 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur.

Şərhlər

Kirpi 2024-08-14 22:42:58

Paylayın millətə, savab qazanın , xalqın üzü gülsün

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol