Menu

“Müharibənin bitməsini istəyirik” – Ağ Ev

15.08.2024, 13:45
“Müharibənin bitməsini istəyirik” – Ağ Ev

“HƏMAS-ın sabah Dohada keçirilməsi planlaşdırılan atəşkəs danışıqlarına qatılmasını gözləyirik. Sabah mühüm bir gün olacaq. Atəşkəsin əldə olunmasını, müharibənin bitməsini istəyirik”.

“AzPolitika” xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karine Jean-Pierre gündəlik mətbuat brifinqində Qəzzada mümkün atəşkəs prosesi ilə bağlı son vəziyyəti dəyərləndirərkən deyib.

O, İsrail ilə İran arasında son vaxtlar artan gərginliyin bu atəşkəs razılaşmasıyla azalacağına inandıqlarını bildirib.

Dünən İsrailə 20 milyard dollar dəyərində yeni silah satışını təsdiqləyən ABŞ rəhbərliyinin “Yaxın Şərqdəki gərginliyin azalmasını istəyirik” ifadələrini təkrarlayan sözçü, ABŞ və İsrailin bu məsələdə iştirak edəcəyini bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol