Menu

Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

18.08.2024, 18:49
Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.

"Report"un Rusiya bürosu xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində bildirib.

“Mən Moskvada 18,5 il işləmişəm, bu, diplomatik xidmət üçün çox şeydir və indiki mərhələdə mənə öz doğma Şuşamı parlamentdə təmsil etmək daha düzgün olardı. Qarabağ işğaldan azad edilməsindən sonra deputat olmaq mənim üçün böyük şərəfdir, ümid edirəm ki, məni seçəcəklər. Allah nə qədər ömür verib, onu xalqıma və doğma yurdumun təbiəti ilə ünsiyyətə həsr etmək istəyirəm”, - P.Bülbüloğlu deyib.

O, müsahibəsində atası, görkəmli opera müğənnisi BülBülün Şuşada anadan olduğunu xatırladıb:

“Mən onun dağıdılmış evini bərpa etdim, indi orada ev-muzey var, şadam ki, indi Şuşaya çoxlu turistlər gəlir və Bülbülün ev-muzeyini ziyarət edir”, - P.Bülübüloğlu qeyd edib.

Şərhlər

Köhne 2024-08-18 23:50:44

polad yox aliminium......

RR 2024-08-18 22:00:03

Insan qocalib qetsin dincelson ) Ne qeder yashamaq isteyirsen Ay polad?

Əski diplomat Abbasi 2024-08-18 20:14:59

RF XİN yeni namizadı deyəsən, çoxdan buralarda dolaşır?

Abuzər 2024-08-18 19:04:12

Poladın səfirlitinə bir quş ! O hansı savadla.ixtisasla təcrübə ilə Azərbaycan üçün ciddi ola Rusiya kimi ölkəyə səfir göndərilib?Bunu hansı ağıl və nə məqsədlə təyin edib?Rusiyada diplomant işi aparmaq bacarığı olan yüksək ixtisaslı kadr lazım idi yoxsa düşük dolalay oxumaq? Ona görə Azərbaycanın həm xarici və həm də daxili siyasətinin başı-ayağı bəlli olmur.Ölkə idarəşiliyi bərbad hala salınıb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol