Ukrayna Silahlı Qüvvələri tərəfindən pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın paytaxtı Moskva şəhərinə indiyə qədərki ən böyük hücum təşkil edilib.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bir gecədə təxminən 45 Ukrayna PUA-sının məhv edildiyi bildirilib. Açıqlamada bildirilib ki, Moskva vilayəti üzərində 11, Bryansk vilayəti üzərində 23, Belqorod üzərində 6, Kaluqa üzərində üç və Kursk üzərində iki PUA məhv edilib.
Moskva meri Sergey Sobyanin paytaxt ətrafında güclü müdafiə sistemləri yaradıldığı üçün bütün PUA-ların zərərsizləşdirildiyini deyib.
Qeyd edək ki, Ukrayna tərəfi də ötən gücə gecə ərzində Rusiyanın 69 pilotsuz uçuş aparatından 50-ni məhv etdiklərini açıqlayıb.
“AzPolitika.info”


Şərhlər