Ötən gün İsrail ordusu daha bir Hizbullah rəsmisini öldürüb.
"AzPolitika" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda İsrail ordusunun Tsur bölgəsinə raket hücumu nəticəsində Hizbullahın raket bölməsinin zabiti Səid Mahmud Deibin öldürüldüyü bildirilib.
Bundan əlavə, İsrailin şimalındakı Safed şəhərinə raketlər atılan buraxılış qurğusunun da məhv edildiyi vurğulanıb.
"AzPolitika.info"


Şərhlər