Menu

Burkina-Fasoda terrorçular 200-ə qədər insanı qətlə yetirib

25.08.2024, 21:15
Burkina-Fasoda terrorçular 200-ə qədər insanı qətlə yetirib

Burkina-Fasonun Sanmatenqa əyalətinin Barsaloqo kommunasına silahlı terrorçu qrupların hücumu nəticəsində 200-ə qədər insan həlak olub.

“Report” xəbər verir ki, bu barədə RFI radiostansiyası Afrika respublikasının təhlükəsizlik orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hücum şənbə günü, avqustun 24-də baş verib. Ölənlər arasında arasında mülki vətəndaşlar, əsgərlər və könüllülər də var. Eyni zamanda bir neçə hərbçi də itkin düşüb.

Radiostansiya bildirib ki, xəsarət alan azı 140 nəfər tibb müəssisələrinə yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol