Menu

"Teleqram"ın qurucusunun Bakıda görüşdüyü qız kimdir? - FOTOLAR + VİDEO

26.08.2024, 21:00
"Teleqram"ın qurucusunun Bakıda görüşdüyü qız kimdir? - FOTOLAR + VİDEO

"Telegram"ın yaradıcısı Pavel Durov saxlanılarkən yanında qız və cangüdəni olub.

"Bakupost.az" xəbər verir ki, "Baza" "Telegram" kanalı Durovla birgə həmin qızın - 24 yaşlı Yuliya Vavilovanın da saxlanıldıgını bildirib.

Qeyd olunur ki, dünəndən valideynləri onunla əlaqə saxlaya bilmirlər. Yuluyanın atası qızı ilə sonuncu dəfə danışanda onun Parisə getmək planı barədə öyrəndiyini bildirib.

Bundan əvvəl Yuliya sosial şəbəkədə Bakıdan foto paylaşıb. Həmin vaxt Durov da Bakıda olub.

Ümumiyyətlə, qız tez-tez "Telegram"-ın qurucusunun olduğu yerlərdə olub. Vavilova özünü strimer, heymer və kriptoinvestor adlandırır. Onun saxlanılması barədə rəsmi məlumat yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol