Menu

Ermənipərəst deputat Ukraynadan qaçıb – Prokurorluq ittiham olunduğu maddələri açıqladı

26.08.2024, 16:25
Ermənipərəst deputat Ukraynadan qaçıb – Prokurorluq ittiham olunduğu maddələri açıqladı

Ukrayna Ali Radasının Odessadan olan deputatı Artem Dmitruk ölkədən qaçıb.

“AzPolitika” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu günlərdə Ukraynada fəaliyyəti qadagan olunan Moskva patriarxatına bağlı kilsəni aktiv müdafiə edən millət vəkili 24 avqustda qanunsuz olaraq ölkə sərhəddindən Moldovaya keçib və oradan İtaliyaya yollanıb.

Avqustun 25-də Baş prokuror Andrey Kostin deputatın həm də vətəndaşlara, o cümlədən hüquq-mühafizə orqanlarına hücumlarda, odlu silah oğurluğuna cəhddə iştirak etməkdə şübhəli olduğunu açıqlayıb.

Hazırda isə ona qarşı Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukraynanın dövlət sərhədindən qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb).

Odessada Dmitrukun xaricə qanunsuz səfəri ilə bağlı cinayət işi üzrə istintaq hərəkətləri həyata keçirən Dövlət İstintaq Bürosunun istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Qeyd edək ki, Dmitruk öncə hakim "Xalqın xidmətçisi" partiyasından seçilsə də, hazırda fraksiyadan kənar sayılır. Ukraynada erməni lobbisinin dəstəkçisi olan Dmitruk məhz İrəvanda səfərdə olarkən fraksiyadan kənarlaşdırılıb. Yaxın günlərdə onun deputat toxunulmazlığının qaldırılmasına da baxıla bilər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol