Zaqatalada baş verən cinayət hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 78 yaşlı Tariyel Əhmədov Zaqatalada tanınmış həkim olub. O, bir neçə il əvvəl təqaüdə çıxıb.
Həyat yoldaşı vəfat etdikdən sonra T.Əhmədov qudasıgildə yaşayırmış. Hadisə də qudasının rayonun Aşağı Tala kəndindəki evində baş verib.
Məlumata görə, T.Əhmədovla hadisəni törədən Həsən Davudov arasında pul məsələsinə görə məhkəmə çəkişməsi gedirmiş.
***
Zaqatala rayonunda 78 yaşlı kişi qətlə yetirilib, hadisəni törətməkdə şübhəli bilinən şəxs özünü güllələyib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, avqustun 27-də saat 09 radələrində Zaqatala rayonunda 1946-cı il təvəllüdlü Tariyel Əhmədovun odlu silahdan açılan atəşlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
"Əməli törətməkdə şübhəli bilinən 1960-cı il təvəllüdlü Həsən Davudov daha sonra həmin ov tüfəngi ilə özünü öldürüb. Araşdırma aparılır", - məlumatda qeyd olunub.


Şərhlər