Bu gün Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında doğma meydanda Xorvatiyanın “Dinamo Zaqreb” komandasını qəbul edəcək. Ağdam təmsilçisi ilk matçda rəqibindən daha üstün və baxımlı oyun sərgiləsə də, 3-0 hesablı ağır məğlubiyyətlə üzləşib. “Qarabağ” güclü rəqibini məğlub etməyi bacarsa, qitənin ən nüfuzlu turnirində - Çempionlar Liqasında, mərhələ keçə bilməyəcəyi təqdirdə isə UEFA-nın ikinci böyük turniri olan Avropa Liqasında mübarizəni davam etdirəcək.
Məlumat üçün qeyd edək ki, “Qarabağ” “Zaqreb”i mübarizədən kənarlaşdıraraq həm də böyük məbləğdə gəlir əldə bilər.
Belə ki, bu il turnirdə İştirak payı 500,5 milyon avrodan 670 milyon avroya çatdırılıb. “Qarabağ” klubu qruplara qalmağı bacarsa, 17,87 milyon avro nağd vəsait əldə edəcək. Liqa mərhələsində isə qalibiyyətə görə 2,8 milyon avro, heç-heçə üçün isə 930 min avro mükafat ödəniləcək.
“Zaqreb” səddini keçmək şansı xeyli aşağ olan “Qarabağ”-ın bu mövsüm də Avropa Liqasında mübarizə aparacağı ehtimal edilir. UEFA bu liqada mübarizə aparacaq hər bir kluba 4,31 milyon avro ödəniş edəcək. Hər qələbəyə görə verilən məbləğ 450 000 avrodur. Komandalar heç-heçəyə görə 150 000 avro qazanacaqlar.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Dinamo Zaqreb” qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
“AzPolitika.info”

Şərhlər