Menu

Ukraynadan Rusiyaya ard-arda zərbələr – Daha iki neft baza vuruldu

28.08.2024, 16:27
Ukraynadan Rusiyaya ard-arda zərbələr – Daha iki neft baza vuruldu

Bu gün Ukrayna dronları Rusiyanın enerji infrastrukturuna aid daha 2 obyekti uğurla vurub.

“AzPolitika” xəbər verir ki, Rostov vilayətinin Kamensk rayonunda Dövlət Ehtiyatları üzrə Federal Agentliyə məxsus “Atlas” kombinatının neft bazasına da zərbə endirilib.

Xatırladaq ki, Rostovun Proletarsk rayonunda dövlətə məxsus daha bir neft bazası 10 gündür yanır və tamamilə məhv edilib.

Bundan başqa, gecə saatlarında Kirov vilayətinin Kotelniç şəhərindəki “Vyatka” kombinatının neft bazası da hücuma məruz qalıb. Baza Ukrayna sərhədindən 1250 km uzaqda yerləşir.

Zərbələri şərh edən siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, bu hücumların effektiv şəkildə davam edəcəyi aydındır. Çünki Ukrayna dron texnologiyalarını sürətlə inkişaf etdirir və bu sahədə dünyann aparıcı istehsalçılarından birinə çevrilib.

“Artıq Ukrayna hərbi sənayesi dron-raketin istehsalına başlayıb. Raket texnologiyalarının inkişafı sahəsində də ciddi irəliləyişlər var”, - o,əlavə edib.

Ekspertin sözlərinə görə, əgər Ukrayna bütün bu işlərə, eləcə də silah idxalına müharibədən əvvəl başlasaydı, Rusiya bəlkə də işğalçı planlarını təxirə salmalı olacaqdı.

“O zaman Zelenskiyə hərbi sənayeyə niyə büdcə ayırmadığı barədə tənqidi sual veriləndə cavab vermişdi ki, yol çəkmək, asfalt tökmək silahlanmaqdan daha yaxşıdır”, - Ş.Cəfərli xatırladır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol