Menu

“Seçici fəallığının azlığını heç kim antidövlət arqumenti kimi istifadə etməsin” - Zahid Oruc + VİDEO

01.09.2024, 13:00
“Seçici fəallığının azlığını heç kim antidövlət arqumenti kimi istifadə etməsin” - Zahid Oruc + VİDEO

“Xüsusilə vurğulamaq istəyirəm ki, bəlli bir sayda insanlarımızın seçki məntəqələrinə gəlişini gözləyirik. Beynəlxalq təcrübədən misallar göstərə bilərəm. Məsələn, ABŞ-da vaxtilə yalnız 25 faiz seçici iştirak edib və onun nəticələri prezidentin seçilməsinə və ali icra hakimiyyətinin formalaşmasına imkan verib”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olan Zahid Oruc deyib.

“Yəni bu anlamda bizdə seçici fəallığının 50, 60, 70 yaxud 80 faiz olmayacağı bir şəraiti qətiyyən kimsə antidövlət, antihakimiyyət, antiseçki arqumenti kimi istifadə etməsin”, - deyə Z.Oruc əlavə edib.

Şərhlər

seçici 2024-09-02 09:11:35

Bizim yaxınlıqda seçki məntəqəsi var. Seçici görmədim orada.

Mubariz 2024-09-01 17:30:15

Ömründə bir dəfə düz dedin ,fəallıq önəm daşımır ,zatən seçilmişəm

Zahid Orucova 2024-09-01 14:49:13

Zahid Orucov hələ antidövlət və antihökumət anlayışını ayırd edə bilmir.Bu başla o necə vəzifədə oturub?
SEÇKİ FƏALLIĞININ AZALMASI DEPUTATLARA ETİBARIN VƏ İNAMIN AZALMASINI TƏSDİQ EDİR....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol