“Co Bayden administrasiyasının Qəzza ilə bağlı HƏMAS və İsrailə “qəbul et ya da rədd et” şəklində son atəşkəs təklifini təqdim etməyə hazırlaşır”.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “Washington Post” nəşri adının açıqlanmasını istəməyən mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, hər iki tərəfin təklifi rədd etməsi halında ABŞ rəhbərliyi danışıqları sona çatdıra bilər.
“Bununla bağlı danışıqlara davam edə bilməzsiniz. Bu prosesin bir nöqtədə dayandırılması lazımdır”,-deyə ABŞ rəsmisi qeyd edib.
Qeyd edək ki, ABŞ, Misir və Qətər bir müddətdir ki, Qəzzada atəşkəs və əsir mübadiləsi ilə bağlı İsrail ilə HƏMAS arasında danışıqlar təşkil edir.
“AzPolitika.info”


Şərhlər