Xəbər verildiyi kimi, immiqrasiyaya daha sərt nəzarət tələb edən və Ukraynanın silahlandırılmasını dayandırmaq istəyən ifrat sağçı “Almaniya üçün Alternativ”(AfD) partiyası və Sara Vaqenknextin solçu populist ittifaqı Almaniyada yerli seçkilərdə qələbə qazanıb.
Beləliklə, ifrat sağçı AfD partiyası İkinci Dünya Müharibəsindən sonra ilk dəfə seçkilərdə qalib gəlib və bu, Ukrayna üçün fəlakət, NATO üçün ölümcül zərbə ola bilər.
“AzPolitika” xəbər verir ki, bunu “The Telegraph” nəşri yazıb.
Yazıda qeyd olunur ki, Ukrayna, NATO və ABŞ-yə qarşı düşmən mövqeyilə seçilən rusiyayönlü AfD ilə Sara Vaqenknextin populist ifrat sol partiyasının qələbəsi liberal demokratiyaya qarşı ciddi təhlükə yaradır və bunun təsiri təkcə Almaniyada deyil, onun hüdudlarından kənarda da hiss olunacaq: “Almaniya NATO-nun açar üzvlərindən biridir. Onun böyüklüyü və gücü alyansı istənilən istiqamətdə dəyişməyə imkan verir. Almaniyanın iqtisadi gücü olmadan Avropa Ukraynaya hücumu saxlaya bilməyəcək”.
Bundan əlavə, bildirilir ki, kansler Olaf Şoltsun hər üç koalisiya partiyasının seçkilərdə alçaldıcı məğlubiyyəti faktiki olaraq onun hakimiyyətinin sonu deməkdir. Güman edilir ki, gələn il keçiriləcək federal seçkilər o, vəzifədən uzaqlaşdıracaq və onun hökumətinin yerinə sağ mərkəzçi hökumət gələcək.
Yeni kansler çox güman ki, Suriya və Əfqanıstandan gələnlərin ölkəyə girişini qadağan edəcəyinə söz verən və bununla bağlı AfD-nin siyasətini dəstəkləyən Fridrix Merts olacaq. Nəşr hesab edir ki, Merts həmçinin, böyük ehtimalla Ukraynaya daha geniş hərbi yardım tələblərini də rədd edəcək.
“AzPolitika.info”


Şərhlər