Menu

“Tramp Ukraynanı maneə kimi görür” – “O, Putinlə əlaqələri bərpa etmək istəyir”

04.09.2024, 17:07
“Tramp Ukraynanı maneə kimi görür” – “O, Putinlə əlaqələri bərpa etmək istəyir”

“ABŞ prezidentliyinə namizəd Donald Tramp Rusiya ilə münasibətləri bərpa etmək istəyir. Tramp Ukraynanı bu məsələdə özünə bir maneə kimi görür”.

“AzPolitika” xəbər verir ki, bunu ukraynalı jurnalist Vitali Portnikov bildirib.

Trampın son mitinqində belə Rusiya ilə dostluğun faydalarından danışdığına diqqət çəkən ukraynalı jurnalist bunları deyib: “Pensilvaniyada keçirilən mitinqdə Tramp Rusiya ilə dost olmağın yaxşı olduğunu söylədi. Onun fikrincə, Rusiya Federasiyası ilə münaqişə pisdir. Bəs, Rusiya Federasiyası ilə dost olmağımıza nə əngəl olur? Təbii ki, Tramp bu zaman Ukraynanı yox, Rusiyanı xatırlayır. Putin və Kim Çen In kimi adlar həmişə onda sevinc hislərini oyadıb”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol