Menu

İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB (FOTOLAR)

05.09.2024, 18:50
İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB (FOTOLAR)

Sentyabrın 5-də Romada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü keçirilib.

"Report"un Romaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Romanın "Chigi" Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloniyə təqdim olundu.

Sonra dövlətimizin başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdirdilər.

***

Romada Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşü başlayıb.

"Report"un Romaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Romanın "Chigi" Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.

Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İtaliyanın nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə İtaliya Nazirlər Şurasının sədrinə təqdim olundu.

Sonra dövlət başçısı İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni birgə foto çəkdirdilər.

Şərhlər

Məlahət Ədəbiyyat müəllimi 2024-09-06 09:22:08

Türkiyədən Azərbaycan üzrə də bir TV kanalı tərbiyəvi-islahedici hekayət-tamaşalar və ailəvi hind serialları göstərir! Kanal çox mükəmməl-aydın və *ortaq ola biləcək?* danışıqla səslənir! Bütün dilləri qarışdıran təmsilçilərimizin addım və hər hansı nəzər-diqqət yerində adətən etiketcə mədəni, siyasi və hüquqən pozduqlarının biganə şahidləri oluruq? Prezidentimiz İlham Əliyev İtaliyanın Baş Naziri ilə dəə görüşüb.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol