ABŞ-nin “Apple” şirkəti “iPhone” smartfonunun yeni modelini təqdim edib.
"AzPolitika" xəbər verir ki, "iPhone 16" modelinin ultramarin, çəhrayı, mavi, qara və ağ rənqləri mövcuddur. Smartfon xarici görünüşünə görə, əvvəlki seriyasından o qədər də fərqlənməsə də, bir sıra texnika xüsusiyyətləri ilə seçilir.
"iPhone 16" modelinin əsas xüsusiyyətlərini təqdim edirik:
- "iPhone 16" və "iPhone 16 Plus" modellərində kameranın idarəsi üçün "Camera Control" adlı yeni fiziki düymə yerləşdirilib. Həmin düymə vasitəsilə fotoları çəkə və kadrın miqyasını dəyişə bilərik.
- "iPhone 16" və "iPhone 16 Plus"-da ekran ən dözümlü qoruyucu şüşə ilə əhatə olunub və cızıqlara davamlıdır.
- “iPhone 16” əlyazma mətn əsasında emoji yarada bilən “Apple Intelligence” süni intellektinə sahibdir.
- Yeni smartfonlar 48MP + 12 MP ikili arxa kamera ilə təchiz olunublar.
- "iPhone 16 Pro" və "iPhone 16 Pro Max" modelləri keçən ilki "iPhone 15 Pro" modellərindən demək olar fərqlənmirlər.
- "iPhone 16 Pro Max" modeli "iPhone" tarixinin ən böyük ölçülü ekranına sahibdir.
- 12 MP-lik telekamera 5 qat zoom özəlliyinə sahibdir.
Yeni "iPhone"ların qiymətləri aşağıdakı kimidir:
- "iPhone 16" (128 GB) — $ 799;
- "iPhone 16" (256 GB) — $ 899;
- "iPhone 16" (512 GB) — $ 1099;
"iPhone 16 Plus" (128 GB) — $ 899;
"iPhone 16 Plus" (256 GB) — $ 999;
"iPhone 16 Plus" (512 GB) — $ 1199;
"iPhone 16 Pro" (128 GB) — $ 999;
"iPhone 16 Pro (256 GB) — $ 1099;
"iPhone 16 Pro" (512 GB) — $ 1299;
"iPhone 16 Pro" (1024 GB) — $ 1499;
"iPhone 16 Pro Max" (256 GB) — $ 1199;
"iPhone 16 Pro Max" (512 GB) — $ 1399;
"iPhone 16 Pro Max" (1024 GB) — $ 1599;
"AzPolitika.info"

Şərhlər