Müharibə uzandıqca, ölkədən qaçmış ukraynalıların arasında vətənə qayıtmaq fikrində olanların sayı azalır.
“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.
Onun qeyd etdiyi kimi, müharibənin əvvəlində xaricə getməyə məcbur olan vətəndaşların 95%-i Ukraynaya qayıtmaq istəyirdisə, bu gün bu göstərici 80%-dən azdır.
Onun sözlərinə görə, ölkədən gedən 7,5 milyon vətəndaşdan bu günə olan məlumata görə, 900 minə yaxını Polşada, 1,3 milyonu Almaniyadadır: “Digərləri müxtəlif ölkələrə paylanıb. Ən çox ukraynalı olan üçüncü ölkə Çexiyadır... Təəssüf ki, müharibə uzun müddət davam edir, xaricə gedən ukraynalıların oraya uyğunlaşması, uşaqların uyğunlaşması, assimilyasiyası baş verir”.
Şmıqal həmçinin qeyd edib ki, xaricdəki ukraynalılar öz vətənlərində müvafiq təhlükəsizlik şəraiti, mənzil və işin mövcudluğu ilə bağlı məsələlərin həllini gözləyirlər.
“AzPolitika.info”


Şərhlər