Müğənni Kərim Abbasov toyda döyülüb.
“AzPolitika" "lent.az"-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərinin birində baş verib. Sənətçi qatıldığı toy şənliyində döyülüb.
Bildirilib ki, toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.
Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub.
Hazırda araşdırma davam etdirilir.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müğənni Kərim Abbasov mahnıları fonoqram ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.

Şərhlər
Yarım,bir saatlıq toya dəvət olunan "müğənni"toyda iştirak edən ansamblla repitisiya etməli bə toy zaman onların müşaiyəti ilə canlıifa etməlidirlər. Toylarda fonoqramlar .qadağan olunmalıdır.Yarım.saay bir saatlıq çıxış üçün toy sahibindən yüksək qonorar almaq istəyən müğənni toyda daim iştirak edən ansamblla məşq etdikdən sonra toya buraxılmalı ,canlı ifa etməli və yaınız buzaman ona ödəniş edilməlidir.Xalturalara son qoyulmalı və insanların musiqi duyumunu saflaşdırmaq vacibliyini unutmaq olmaz.
Televiziya efirləri müğənniciklərdən təmizlənməli,əhalinin musiqi duyumunun korlanmasının qarşısı alınmalıdır.Bunun üçün dövlət proqramı olmalı və yerinə yetirilməlidir.Azərbaycanda xalq getdikcə milli musiqidən,muğamlardan uzaqlaşdırılmasının qarşısı alınmalıır.
Mövzu maraqlı olduğu qədər də acınacaqlıdır.belə halların baş verməsində insanların da günühı az deyil.məsələn,Toya Aygün Kazımovanı və ya Pötanı yarı.bir saatlıq əvət edirlər ki,toy maraqlı jeçsin.Amma düşünmürlər ki.bu vaxt onlar ansambllarl ilə yox.ibinə bir kasrt qoyub gəlir və fonoqramla toy sahibindən qısa müddər üçün 1500,3000 və daha çox pul alır.Bu pulu verən düşünmür ki.onu fonoqram ilə aldadırlar. busahə Dövlətin ciddi nəzarətibdə olmalı vı bu aşkar söyğunçuluğun qarşısı alınmalı və əhalinin də düşüncə tərzi yenilənməlidir.anlamalıdırlar kionlar aldanırlar.Toylara.məclislərdə fonoqram lara yol verilməməlidir.
Səsi və ifa bacarığı olmayan müğənniciklər studiyalarda fonoqramları xüsusi aparaturalarla yazdırırlar.Bu zaman texniki vasitələr səsi və ifa tərzini formalaşdırır.Belə fonqramlarla adını müğənni hesab edənlər millətin cibinə dirir.aldadır.məclis isə bayağı alınır.Real ifalar olmalıdır.
Haqlı döyülüb.Toylarda fonoqrama qadağa qoyulmalı və iifaçı cəzalandırılmalıdır.Çünki məclis sahibi müğənni lə razılaşıb müəyyən qədər vəsait ödəyir ki,məcisi canlı və maraqlı keçsin.Belə məclisləri fonoqramla idarə etmək heç bir məntiqə sığmır.Buna aldatma və xaltura deyilir.Odur ki,fonoqram toylarda və görüçlərə,açıq hava konsertlərində qadağan edilməlidir.