İsrailə məxsus helikopter Rəfahda qəzaya uğrayıb
"AzPolitika" xəbər verir ki, ötən gecə İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopter Qəzza zolağının cənubunda Rəfah bölgəsinə enərkən qəzaya uğrayıb.
Hadisə nəticəsində İsrail ordusunun 2 əsgəri ölüb, daha 7-si müxtəlif dərəcəli xəsarət alıb.
Helikopterinin qəzaya uğramasının səbəbi texniki nasazlıq göstərilib.
"AzPolitika.info"


Şərhlər