2024-cü ilin birinci yarısında Azərbaycanda fəaliyyət göstərən 23 bankın xalis mənfəəti 360 milyon ABŞ dolları (612.4 milyon AZN) olub.
"AzPolitika" xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev bildirib.
Onun sözlərinə görə, ki, bu, Cənubi Qafqaz ölkələri arasında ən aşağı göstəricidir: "Müqayisə üçün bildirim ki, analoji dövrdə Gürcüstanın 17 bankının xalis mənfəəti 524 milyon dollar (1.5 milyard lari), Ermənistan 18 bankının xalis mənfəəti 443 milyon dollar (172 milyard dram) olub. Yəni orta hesabla Azərbaycanın 1 bankının xalis mənfəəti 15.7 milyon dollar olduğu halda, Gürcüstanda bu göstərici 30.8 milyon, Ermənistanda isə 24.6 milyon dollar olub".
Ekspert təəssüflə bildirir ki, bank sektorunun bir çox göstəriciləri üzrə hər iki ölkəyə uduzuruq: "Xatırladım ki, Azərbaycan Cənubi Qafqazda ən böyük iqtisadiyyata, ən çox əhaliyə, ən böyük əraziyə malikdir. Bank sektoru iqtisadiyyatın güzgüsüdür və bu, 3 ölkənin timsalında iqtisadiyyatların hara getdiyini göstərir".
"AzPolitika.info"


Şərhlər