Avropa İttifaqı (Aİ) “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojinin anası Violetta Priqojinaya qarşı sanksiyaları ləğv edib.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, müvafiq sənəd Aİ-nin rəsmi saytında dərc olunub.
Beləliklə, Aİ Ədalət Məhkəməsinin 2023-cü ilin martında yenidən qəbul etdiyi qərar qüvvəyə minib. Məhkəmə qərar verib ki, Violetta Priqojina “Concord Management and Consulting” şirkətinə sahib deyil və buna görə də oğlundan fərqli olaraq, Ukraynanın suverenliyini pozan hərəkətlərə görə məsuliyyət daşımır.
Violetta Priqojina 2022-ci ilin fevralından Aİ-nin sanksiyaları altındadır. Məhkəmədəki müdafiəsi iddia etdi ki, 2017-ci ildən bəri iş adamının anası şirkətə sahib deyil, baxmayaraq ki, səhmlərinin bir hissəsi onun adınadır.
Aİ-nin rəsmi saytında həmçinin milyarder Dmitri Mazepinin oğlu, “Formula 1” pilotu Nikita Mazepinə qarşı sanksiyaların ləğvi ilə bağlı qərar da dərc edilib. O, buna məhkəmə yolu ilə nail olub. Bir neçə nəfər isə öldüyünə görə sanksiyalar siyahısından çıxarılıb.
“AzPolitika.info”


Şərhlər