Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukrayna ordusu İran istehsalı olan 8060 "Şahid" dronunu vurub.
"AzPoltika" xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
“İki il öncə Ukrayna qüvvələri Rusiya tərəfindən buraxılan ilk Şahid 136/131 pilotsuz təyyarəsini vurub. Rusiya və İranın tərəfdaşlığı evlərin dağıdılması və çoxu sayda insan itkisi ilə nəticələnib. Bütün terror sona çatır. Ancaq Rusiya və onun cinayət partnyorları sərt cavab almadıqca dayanmayacaqlar”,-deyə məlumatda qeyd olunub.
"AzPolitika.info"


Şərhlər