Vladimir Putin sentyabrın əvvəlində Monqolustana şamanlarla görüşmək üçün gedib.
“AzPolitika” xəbər verir ki, Almaniyanın “Spiegel” nəşrində Mixail Zıqarın yazdığı məqalədə belə deyilir. Yazıda iddia olunur ki, bu məlumat Kremlə yaxın mənbələr tərəfindən ötürülüb.
Qeyd olunur ki, həmin vaxt Putinin səfər etdiyi Monqolustan və Tuva dünyanın ən qüdrətli şamanlarının vətəni sayılır və Kreml sahibinin uzun illər mistisizmə xüsusi münasibəti var. Zıqar Kremldəki mənbəyə istinadla yazır ki, Ukraynaya genişmiqyaslı işğal başlamazdan əvvəl də Putin müxtəlif şamanlarla məsləhətləşib və o vaxt bütün mistiklər Rusiyanın qələbəsini proqnozlaşdırıblar. Həmçinin, deyilir ki, Moskvada Putinin ruhları qəzəbləndirməmək üçün şamanların xeyir-duası olmadan nüvə silahından istifadə etməyəcəyi haqda şayiələr yayılıb.
Zıqar qeyd edir ki, guya Putin Monqolustandan məmnun qayıdıb və iddia edir ki, Putini ən çox qorxudan “düşmən cadugərlərinin ritualları nəticəsində ölə biləcəyidir”.
Yazıda o da xatırladılır ki, Sergey Şoyqu bundan öncə Putini müxtəlif şaman ayinləri üçün dəfələrlə tayqaya aparıb.
“AzPolitika.info”

Şərhlər
Ola bilsin Monqolustanda at əti yeyib,at südündən tünd kumıs içib,olub qəbz ya da panos,şamanlara ona görə müraciət edib.At əti görməyən mədə birdəncə at əti görəndə ömründə ilk dəfə avtafa görən əndam kimi xoruldayar.