Hizbullah İsrailin dünənki aviazərbələri nəticəsində itkilərini etiraf edib.
Məlumata görə, paytaxt Beyrutda operativ qərargahın iclasının keçirildiyi bina vurulub. Nəticədə hərbi rəhbərlikdən iki nəfər - İbrahim Aqil və "Radvan" elit bölmələrinin komandiri Axmed Bahbi ölüb.
İsrail mətbuatının məlumatına görə, İbrahim Aqil Hizbullahın 3-cü şəxsi hesab olunurdu.ABŞ hökuməti onun başına 7 milyon dollar mükafat təyin etmişdi.
Onlarla yanaşı, operativ qərargahın daha 13 üzvü də həyatını itirib.
"AzPolitika.info"


Şərhlər