“Ukrayna Rusiya Federasiyasının ərazisində uzaqmənzilli silahlardan istifadə etməyib, tərəfdaşlar eskalasiyadan qorxduqları üçün uzaqmənzilli silahlardan istifadə etməyə icazə vermirlər”.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.
“Bizim uzaq mənzilli silahlarımız var. Amma bizə lazım olan miqdarda deyil. Buna baxmayaraq, bizdə bu paket var – “Storm Shadow”, ATACMS, SCALP. Amma nə Amerika, nə də Böyük Britaniya bizə bu silahları Rusiya ərazisində, heç bir məsafədə heç bir hədəfə qarşı istifadə etməyə icazə vermədi. Biz Rusiya Federasiyasının ərazisində uzaqmənzilli silahlardan istifadə etməmişik”, - deyə Zelenski vurğulayıb.
“Dünyanın kəşfiyyat orqanları bir-biri ilə danışır, bütün müharibələrdə belə olub. Hesab edirəm ki, bu səviyyədə onlar bu və ya digər informasiya mübadiləsi aparırlar. Çoxlu müxtəlif amillər var, kimsə nəsə danışır, kimsə kiminləsə danışıqlar aparır, bəziləri üçün bu, həqiqətən, eskalasiyadır”, - deyə Zelenski əlavə edib.
“AzPolitika.info”


Şərhlər