Bakıda Əhmədli qəsəbəsində kütləvi dava baş verib.
Hadisə şahidlərinin “Report”a verdiyi məlumata görə, davaya səbəb az əvvəl başa çatan “Fənərbağça” - “Qalatasaray” futbol oyunu olub. Belə ki, hər iki klubun fanatları arasında oyun bitəndən sonra mübahisə yaranıb. Əlbəyaxa dava polisin müdaxiləsindən sonra dayandırılıb.
Hadisə ilə əlaqədar bir neçə nəfərin saxlanıldığı bildirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları hadisədən məlumatlıdırlar: "Ərazi üzrə polis orqanında təhqiqat araşdırması başlanılıb. Əlavə məlumat veriləcək".


Şərhlər
Ay amaaan!A balam,Qalatasaraydan,Fənərbaxçadan sənə nə?Sovet dövrünün Əhmədlisinin məhləuşaqları heç öz komandalarımız üçün dalaşmazdılar,ponyatkaları həqiqətən də indikilərlə müqayisədə çox irəliydi.O dövrün Əhmədlisi də sadəydi,tamam fərqliydi indikindən.O vaxt Ukrayna kruqundan ta Babək prospektinə qədər başdan-başa 9 mərtəbəli binalarıydı Əhmədli,bir-iki dənə beş mərtəbə varıydı,onlar da yataqxanalarıydı.Axşamları da “Bakı” kinoteatrı həndəvərindən başqa hər yer yarıqaranlıq idi,ya da tam qaranlıq.İndi isə, maşaallah,Əhmədli dönüb olub şəhərin mərkəzi hissələri kimi bir yer.O Əhmədlidən heç nə qalmayıb deyə göydələnlərdən,supermarketlərdən çıxan məhləuşaqları da belə olar ancaq.İşləri-gücləri qurtarıb,gör nə üstündə dava eliyirlər,özü də kütləvi.Ayıb olsun vallah.Əhmədliyə qəti yaraşmayan hərəkətdi.