Menu

“Kiyevdəki rejim aradan qaldırılmasa...” - Rusiya Ukraynada müharibəni bitirməyin daha bir “şərtini” açıqladı

25.09.2024, 11:27
“Kiyevdəki rejim aradan qaldırılmasa...” - Rusiya Ukraynada müharibəni bitirməyin daha bir “şərtini” açıqladı

Ukraynaya qarşı açıq işğalçılıq müharibəsi aparan Rusiya müharibəni bitirməyin daha bir şərtini açıqlayıb.

“AzPolitika” xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında deyib ki, Qərb “Kiyev rejimi” şəklində olan “xərçəng”in sülh yolu ilə aradan qaldırılmasına imkan verməsə, Rusiya Ukraynaya qarşı müharibəni davam etdirəcək.

Eyni zamanda, Nebenzya həmişəki kimi, qətiyyən utanmadan Rusiyanın Ukrayna xalqına həmişə hörmət etdiyini və onu “qardaş xalq” hesab etdiyini deyib.

Maraqlıdır ki, Rusiya həm “qardaş xalqı” qırmaqda davam edir, həm də həmin xalqın azad seçkilərdə seçdiyi hakimiyyətin məhvini tələb edir: “Əgər Qərb düşərgəsi xərçəng şişi olan indiki Kiyev rejimindən sülh yolu ilə xilas olmağa imkan verməsə, Vaşinqtonun və onun satellitlərinin geosiyasi və iqtisadi mülahizələri hələ də bu ölkənin (Ukraynanın) xilasından daha vacib olsa, əgər sülhə nail olmaq üçün başqa yolumuz yoxdursa, o zamana onun vəzifələri hərbi yolla həll olunana qədər xüsusi hərbi əməliyyatımızı davam etdirəcəyik”.

Rusiyanın daimi nümayəndəsi iddia edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Qərb ölkələrini Rusiya ilə müharibənin birbaşa iştirakçısı olmağa məcbur etməyə çalışır. Onun sözlərinə görə, Ukrayna öz hərəkətləri ilə dünyanı “Üçüncü Dünya Müharibəsinin uçurumuna itələmək” istəyir. Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasını Vladimir Zelenski üçün “konsert meydançası” adlandırıb.

BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən Zelenski deyib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsini “danışmaqla bitirmək mümkün deyil, hərəkətə keçmək lazımdır”.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Mushhideci. 2024-09-25 14:42:44

Amma, Azerbaycanda debutatlari xalq secib elemi?Berekallah tefekkurune,cox guclu siyasetcisen!

yazara 2024-09-25 11:39:53

zeleniskini xalq seçməyib amerika seçib ay savadsız hələdə utanmaz utanmaz demokratik seçkidən danışır

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol