Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ Prezidenti Co Baydenin onun qəbul dəvətini ləğv etməsinə münasibət bildirib.
“AzPolitika” xəbər verir ki, BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyasında çıxışından sonra jurnalistlərə açıqlama verən Kobaxidze Baydenin bu qərarının qeyri-ciddi hərəkət olduğunu deyib.
O, bildirib ki, ABŞ-nin ona qarşı bu münasibəti Gürcüstan müxalifətinin maraqlarına xidmət edir: “Bu, qeyri-ciddilikdir. Üç gün əvvəl dəvət göndərdilər, sonra ləğv etdilər. Bu, bir növ müxalifətin xeyrinə humanitar hərəkət idi, lakin müxalifət üçün də praktiki effekt verməyəcək”.
Xatırladaq ki, Bayden administrasiyası Gürcüstanın Baş nazirini BMT-nin Yüksək Həftə iştirakçılarının şərəfinə ənənəvi qəbula əvvəlcə dəvət etsə də, sonradan bunu ləğv edib. ABŞ-nin Tbilisidəki səfirliyi bunun səbəbinin Gürcüstan hökumətinin antidemokratik hərəkətləri və anti-Qərb mövqeyilə izah edib.
“AzPolitika.info”


Şərhlər