Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi.
Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının (PA) Xarici siyasət məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev İkinci Qarabağ müharibəsi ərzində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasının dördüncü ildönümü ilə bağlı "X"də paylaşımında qeyd edib.
PA rəsmisi bildirib ki, 4 oktyabr 2020-ci il tarixində Azərbaycanın Gəncə şəhəri və onun mülki əhalisi Ermənistan tərəfindən atılan "Skad" ballistik raketləri ilə vuruldu:
"Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi. Məqsəd geniş miqyasda mülki tələfata səbəb olmaq və dəhşət yaratmaq idi".


Şərhlər
O raketi erməni yox rus atmışdır. Rusiya elə bir ipi qırıq şər ölkədir ki dovşana qaç deyir tazıya da tut deyir. Ona görə də Rusun sözü ilə bütün dünya ilə konflikdə girib yenidən bu kasıb balalarını öldürməyin. Yox müharibə istəyirsinizsə öz balalarınızı göndərin vətəni qorusun. Bu torpaqım millətin qanını sooran xeyrini görən sizsiniz