Menu

"Son bir ildə Qəzza əhalisinin 6 faizindən çoxu öldürülüb və ya yaralanıb" - ÜST

05.10.2024, 12:33
"Son bir ildə Qəzza əhalisinin 6 faizindən çoxu öldürülüb və ya yaralanıb" - ÜST

Son bir ildə İsrailin hücumlarına məruz qalan Qəzzada əhalinin 6 faizindən çoxu yaralanıb və ya ölüb.

"AzPolitika" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) əməkdaşı Ayadil Saparbekov Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında çıxış edərkən deyib.

O, hücumlar nəticəsində ən azı 24 min 90 nəfərin yaralandığını  bildirib.

İsrailin 2023-cü il oktyabrın 7-də Qəzzaya qarşı hücumlara başlamasından bir ilə yaxın vaxt keçdiyini xatırladan Saparbekov Qəzzada hücumların davam etdiyini qeyd edib.

"Ən az 10 min insan dağıntılar altında qalıb. Təkrarlanan hücumlar, dərman çatışmazlığı səbəbindən Qəzzada səhiyyə sistemi böyük zərər görüb. 2023-cü ilin oktyabr ayından Qəzzada səhiyyə xidmətlərinə ən azı 516 hücum olub, nəticədə 765 nəfər ölüb",-deyə o, bildirib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol