Menu

Qəzzada qətlə yetirilənlərin sayı 42 min nəfərə yaxınlaşır

06.10.2024, 15:42
Qəzzada qətlə yetirilənlərin sayı 42 min nəfərə yaxınlaşır

İşğalçı İsrail ordusunun bombardmanları nəticəsində Qəzzada həlak olan fələstinlilərin sayı 41 min 870 nəfərə çatıb.

"AzPolitika" xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Ümumilikdə 97 166 insan zərər çəkib.

Yalnız son sutkada işğalçılar 45 nəfər qətlə yetirib, 256 nəfəri yaralayıb.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol