Menu

“Faciəli nəticələrə görə məsuliyyət daşıyacaq...” - Şimali Koreyadan NATO-ya xəbərdarlıq

07.10.2024, 16:03
“Faciəli nəticələrə görə məsuliyyət daşıyacaq...” - Şimali Koreyadan NATO-ya xəbərdarlıq

“Əgər NATO Şimali Koreyanın maraqlarını pozmağa davam edərsə, bunun səbəb olacağı faciəvi nəticələrə görə məsuliyyət daşıyacaq”.

“AzPolitika” xəbər verir ki, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmisi Şimali Koreyanın Rusiya ilə münasibətlərini pisləyən NATO-nun bu mövqeyinə münsibətində bildirib.

O, NATO-nu ABŞ-nin “döyüş alətin” adlandırıb. Rəsmi Rusiya Prezidenti Vladimir Putinin iyun ayında Şimali Koreyaya rəsmi səfər etdiyini, tərəflər arasında “hərtərəfli strateji tərəfdaşlıq sazişi” imzalandığını xatırladıb və razılaşmanın tərəflərdən birinə hücum olacağı təqdirdə qarşı tərəfin hərbi yardım edəcəyini vəd etdiyini bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol