Rusiya lideri Vladimir Putinin əmri ilə müxtəlif idarələrdən, o cümlədən Fövqəladə Hallar Nazirliyi, İstintaq Komitəsi və Federal Penitensiar Xidmətdən 8 yüksək rütbəli general işdən çıxarılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Məlumata görə, işdən çıxarılanlar arasında - Stavropol diyarı üzrə istintaq idarəsinə rəhbərlik etmiş ədliyyə general-mayoru İqor İvanov, Fövqəladə Hallar Nazirliyinin əməliyyat idarəsinin direktor müavini vəzifəsində çalışmış general-mayor Aleksandr Molçanov, Moskva vilayətinin Fövqəladə Hallar Nazirliyinin şöbəsinə rəhbərlik edən Daxili Xidmətin general-leytenantı Sergey Poletıkin da var.
Bundan əlavə, Buryatiya üzrə istintaq idarəsinə rəhbərlik edən Vyaçeslav Suxorukov və Rostov vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Sergey Filippov da vəzifələrindən azad ediliblər.
"AzPolitika.info"


Şərhlər