Menu

“Rusiya ordusunun canlı qüvvə üstünlüyü azalacaq” – “Müharibəyə əsgər yığmaqda çətinlik çəkir...”

10.10.2024, 16:11
“Rusiya ordusunun canlı qüvvə üstünlüyü azalacaq” – “Müharibəyə əsgər yığmaqda çətinlik çəkir...”

“Cəbhədə Rusiyanın Ukrayna üzərindəki say üstünlüyü bu ilin sonuna kimi azalmağa başlaya bilər”.

“AzPolitika” xəbər verir ki, bunu amerikalı hərbi ekspert Maykl Kofman “Intelligencer”-ə müsahibəsində deyib.

Kofman qeyd edib ki, Rusiyanın Ukraynaya təzyiqlərinə baxmayaraq, onun qüvvələri əhəmiyyətli dərəcədə aşınmaya məruz qalır və ciddi məhdudiyyətlərlə üzləşirlər. "Çox güman ki, biz qışa və 2025-ci ilə yaxınlaşdıqca Rusiyanın döyüş meydanındakı üstünlüyünün azalmağa başlayacağını görəcəyik", - ekspert bildirib. Kofman vurğulayıb ki, Rusiya yaxın gələcəkdə resurslarsız qalmayacaq, lakin onun hücum əməliyyatlarının tempi xeyli azalacaq.

"Bu, Ukraynaya ümid verə bilər, çünki Rusiyanın şərqdə irəliləyişi ləng gedir və ağır canlı qüvvə və texnika itkiləri ilə müşayiət olunur. Bunun bir səbəbi odur ki, Rusiya getdikcə köhnəlmiş, təchizatı məhdud olan sovet texnikasına arxalanır. Rusiya sovet irsinin qalıqlarından istifadə edir, yeni texnikanın istehsal tempi döyüş meydanındakı itkilərə uyğun gəlmir”, - ekspert bildirib.

Kofman hesab edir ki, bu, rus qoşunlarını itkiləri minimuma endirmək üçün taktikanı dəyişməyə məcbur edir, lakin eyni zamanda ciddi irəliləyişlərə nail olmağı çətinləşdirir: “Bundan əlavə, Rusiya yeni əsgərlərin müharibəyə cəlb edilməsində problemlərlə üzləşir. Kremlin yeni müqaviləyə qol çəkənlərə təklif etdiyi yüksək bonuslar bu məsələdəki gərginlikdən xəbər verir. Məsələn, iyul ayında Rusiya Amerika hərbçilərinin maaşlarına uyğun ödənişlər elan etdi ki, bu da ölkədəki orta əmək haqqı ilə müqayisədə anormaldır”, - o qeyd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol