Menu

Mask yeni robotunu təqdim edib – “İnsan kimi istədiyi hər şeyi edə bilər...” + VİDEO

11.10.2024, 16:55
Mask yeni robotunu təqdim edib – “İnsan kimi istədiyi hər şeyi edə bilər...” + VİDEO

Amerikalı miyarder İlon Mask sahibi olduğu “Tesla” şirkətinin özü-özünü idarə edə bilən “Optimus Gen 2” adlı robot hazırladığını bildirib.

“AzPolitika” xəbər verir ki, iş adamı bu barədə “X” hesabından video paylaşıb.

Mask sözügedən paylaşımda robotun xüsusiyyətləri barədə məlumat verib. O, bu robotun insan kimi istədiyi hər şeyi edə biləcəyini iddia edib. Robotun evdəki bitkiləri sulamaq, alış-veriş, uşaqları öyrətmək, it gəzdirmək, yemək və içki təqdim etmək kimi fəaliyyətləri asanlıqla yerinə yetirə biləcəyini deyən Mask, “Optimus Gen 2”-nin heyrətamiz və bənzərsiz bir cihaz olduğunu qeyd edib.

"Robot insanlarla yaxın və səmimi olmağı belə bacarır. Ancaq bu robotlara yaxşı davranılmalıdır. “Optimus Gen 2” insanı istədiyi yerdə müşayiət edə bilər. Məsələn, sizinlə bir kafedə və ya restoranda otura və ya sizinlə gəzintiyə çıxa bilər”, - deyə Mask bildirib.

“AzPolitika.info”


Şərhlər

Turan 2024-10-12 18:15:19

İnsanların axırına çıxan məxluq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol