Ermənistan noyabrda Bakıda keçiriləcək “COP-29”-a qədər Azərbaycanla sülh müqaviləsi imzalamağı hədəfləyir.
“AzPolitika” xəbər verir ki, bunu “Financial Times” nəşri Ermənistan Prezidenti Vaaqn Xaçatryana istinadla yazıb.
Xaçatryan qeyd edib ki, "COP-29”-dan əvvəl sülh imzalamaq yaxşı olardı, amma hadisələri qabaqlamayaq”.
Xaçatryan həmçinin “Financial Times”-a bildirib ki, hələ razılaşdırılmalı olan məsələlər var: “Biz müzakirələri başa çatdırmağa yaxınlaşırıq”. O, əlavə edib ki, saziş BMT-nin noyabrda Bakıda keçiriləcək iqlim konfransına qədər imzalana bilər.
Qəzet xatırladır ki, bundan əvvəl iqlim və inkişaf məsələlərinin müzakirə edildiyi Dayanıqlı İnkişaf üzrə Hamburq Konfransı çərçivəsində Xaçatryan demişdi ki, Ermənistan qonşuları ilə barışmalıdır: “Xəyallarda yaşamaq (Ermənistana) yaxşı nəticə vermədi. Biz praqmatik və realist olmalıyıq. Biz təkcə Azərbaycanla deyil, bütün qonşularımızla sülh şəraitində yaşamalıyıq”.
“AzPolitika.info”


Şərhlər