Türkiyənin “TRT- 1” kanalında yayımlanan “Pelin Çift ile gündem ötesi” verilişinin illər öncə efirə gedən bir buraxılışı sosial şəbəkələrin Azərbaycan seqmentində yenidən gündəm olub.

"AzPolitika" xəbər verir ki, sözügedən buraxılışda Osmanlı hökmdarı Yavuz Sultan Səlim və Səfəvi hökmdarı Şah İsmayıl Xətainin mübarizəsinə yer verilib.

Proqram əsnasında aparıcı Pelin Çift kinayəli bir şəkildə Şah İsmayıl Xətainin türklüyünü şübhə altına alaraq, Səfəvi hökmdarının türk-Osmanlı tarixində yerinin olmadığını iddia edib.

Bu zaman məşhur türkiyəli tarixçi Tufan Gündüz aparıcının sözünü kəsərək, onun bu fikrlərinin yanlış olduğunu diqqətə çatdırıb.  

Aparıcının:"Türk tarixindən danışarkən bu da (Şah İsmayıl Xətai-red.) bizim böyüyümüzdür deyəmi danışaq?" sualına T. Gündüz belə cavab verib:"Bəli, Şah İsmayıl bizim böyüyümüzdür. Bunun altından qalın bir xətt çəkərək bildirirəm".

Daha sonra aparıcı:"Şah İsmayıl türkdür, türk tarixində də yeri var?" sualını ünvanlayıb.

T. Gündüz isə belə cavab verib: "Bəli, türkdür. Həm də yaxşı bir türkdür. Ş. İ. Xətai türk tarixində parlaq bir yerdə durur. Baxın, kitabımın arxasında nə yazılıb - 3 yaşında yetim, 6 yaşında şeyx, 14 yaşında hökmdar, Qızılbaşların şahı, Səfəvi dövlətinin qurucusu,Mürşid-i-Kamil, Allahın yer üzərində kölgəsi və Xətai. Şah İsmayıl sıradan biri deyil. Bu adam 13 yaşında dövlət qurub".

Qərəzli çıxışını davam etdirən aparıcı bu dəfə də Şah İsmayılın Osmanlı dövlətini qarışdırmağa çalışdığını iddia edib. Tarixçi isə öz növbəsində bu deyilənlərin yalan olduğunu, İsmayıln belə bir şey etmədiyini bildirib.

Tarixçi ilə aparıcı arasında baş tutan dialoqun tam hissəsini aşağıdakı videodan izləyə bilərsiniz: