Şimali Koreya son günlər Cənubi Koreya ilə artan gərginlik fonunda 1,4 milyon gəncin orduya qatıldığını açıqlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət mediası məlumat yayıb.
Məlumatda müharibənin başlayacağı təqdirdə Cənubi Koreyanın xəritədən silinəcəyi bildirilib. Cənubi Koreyadan hələlik məsələyə dair rəsmi açıqlama gəlməyib.
Cənubi Koreyanın əvvəlki bəyanatında bildirilirdi ki, Şimali Koreya hər hansı bir hücuma başlasa, bu, rejimin sonunu gətirəcək.
Xatırladaq ki, Şimali Koreya hərbçiləri ötən gün ölkəni Cənubi Koreya ilə birləşdirən Könison və Tonhe xətləri boyunca yolları partladıblar
“AzPolitika.info”


Şərhlər