Menu

Azərbaycandan olan iş adamı Türkiyədə vəfat edib

17.10.2024, 10:18
Azərbaycandan olan  iş adamı Türkiyədə vəfat edib

Azərbaycanın ilk özəl televiziya kanallarından biri olan SARA TV-nin təsisçisi və rəhbəri olmuş iş adamı Rəsul Rauf vəfat edib.

"AzPolitika" xəbər verir ki, bu barədə onun qızı Sara Nəcəfi Rauf öz sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, R. Rauf uzun müddətdir Türkiyədə yaşayırmış və orada dünyasını dəyişib.

Qeyd edək ki, SARA TV 1995-1999-cu illərdə fəaliyyət göstərib.

R. Rauf sonradan Şimali Kipr Türk Respublikasında fəaliyyət gəstərən "Sara Media Qrupa"  rəhbərlik edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol